Bakı. Trend:
Bakının Nizami rayonunda "Laçın" ticarət mərkəzinin arxasında yerləşən binada baş verən yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, nazirliyin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub və yanğının söndürülməsi istiqamətində müvafiq işlər görülüb.
FHN-dən deyiblər ki, yanğının miqyası geniş olmayıb.
Qeyd edək ki, Nizami rayonunda beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan mənzilin yanar konstruksiyaları və 3-cü mərtəbədə yaşayan digər vətəndaşa məxsus mənzilin eyvanında quraşdırılmış kondisionerin mühərrik hissəsi yanıb. Yanğın zamanı mənzillərdən 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Mənzildən 2 ədəd 5 və 40 litirlik maye qaz balonları, digər mənzillər yanğından mühafizə olunub. Yanğın saat 15:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.