...

Gömrükdən 14 200 ədəd siqaret keçirmək cəhdi (FOTO)

Hadisə Materials 16 Mart 2016 14:59 (UTC +04:00)
Rusiyadan Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda siqaret keçirilməsinin qarşısı alınıb.
Gömrükdən 14 200 ədəd siqaret keçirmək cəhdi (FOTO)

Bakı. Trend:

Rusiyadan Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda siqaret keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin "Şirvanovka" gömrük postunda Rusiyadan Azərbaycana gələn Azərbaycan vətəndaşının əl yükünə baxış keçirilib.

Baxış zamanı əl yükündə olan ərzaq məhsullarının arasından 14 200 ədəd "NZ GOLD" markalı siqaret aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti