...

Dənizdə batan 2 nəfər xilas edilib

Hadisə Materials 1 Avqust 2016 18:21 (UTC +04:00)
Dənizdə batmaq təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib.
Dənizdə batan 2 nəfər xilas edilib

Bakı. Trend:

Dənizdə batmaq təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda dənizdə 2 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıbş və aidiyyati üzrə təhvil veriblər.

Əməliyyat saat 13:50-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti