Bakı. Trend:
Çinin Lunnan şəhərinin Udu rayonunda bazar günü 2 bina uçub. Binalardan biri 4 mərtəbəli, biri isə 7 mərtəbəli olub.
Trend-in "RİA Novosti"-yə istinadən verdiyi məlumata görə, binaların uçması nəticəsində 4 nəfərin həlak olduğu bildirilir.
Axtarış və xilasetmə işləri davam etdirilir.