Bakı. Trend:
Gürcüstana 3 milyondan artıq rubl keçirmək istəyən azərbaycanlı sərhəddə saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, oktyabrın 23-də “Şıxlı” sərhəd nəzarət məntəqəsində Azərbaycandan Gürcüstana gedən Azərbaycan vətəndaşı Ağstafa rayonunun Zəlimxan kənd sakini Mamazadə Kamal Paşa oğlunun idarə etdiyi “Mercedes” markalı, "90-CH-370" nömrəli avtomaşına sərhəd baxışı zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən ümumilikdə 3 219 600 rus rublu DSX əməkdaşları tərəfindən aşkarlanaraq saxlanılıb.
Faktla bağlı əməliyyat-İstintaq tədbirləri davam etdirilir.