...

Şahid: Ayrılan vəsaitin 40%-ni "Aztelekom" işçisinin vasitəsilə onların rəhbərliyinə qaytarırdım

Hadisə Materials 21 Dekabr 2016 14:55 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirləndirilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq məmurlarının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Şahid: Ayrılan vəsaitin 40%-ni "Aztelekom" işçisinin vasitəsilə onların rəhbərliyinə qaytarırdım

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirləndirilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq məmurlarının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Məhkəmədə RYTN-in sabiq Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, "Rabitə Mülki Tikinti" MMC-nin direktoru Emin Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov mühakimə olunurlar.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə iş üzrə şahid qismində dindirilən Adil Qasımov təqsirləndirilən şəxslərdən heç kimi tanımadığını deyib: "Yeni Həyat" MMC-nin direktoru olmuşam. İstintaqa verdiyim ifadəni təsdiq edirəm. Tikinti üçün 80 min manat ayrılmışdı, 40%-ni "Aztelekom"un işçisi Həsənalı vasitəsilə onların rəhbərliyinə qaytarırdım. Konkret olaraq pulun kimə verildiyini bilmirəm".

A.Qasımovun istintaqa ifadəsi elan olunub.

"Optik Rabitə Tikinti" MMC-nin mühəndisi Ələddin Quliyev rayonlarda kabel çəkilişləri ilə məşğul olduqlarını deyib. Təqsirləndirilən N.Məmmədovun bacısı oğlu Rəşad Məmmədov istintaqa ifadəsini təsdiq etdiyini, "Optik Tikinti Montaj" MMC-nin rəhbəri olduğunu deyib.

"Qafqaz-S İnşaat" MMC-nin rəhbəri Qorxmaz Həziyev deyib ki, rayonlarda tikinti işləri ilə məşğul olublar: "Şirkətin gördüyü işlərin ümumi həcmi təxminən 20 milyon manat olub. Onun nə qədəri gəlir olub bilmirəm".

Vidadi Zeynalov "Qafqaz-S İnşaat" MMC-yə pulların göndərilməsinə özü nəzarət etdiyini deyib: "Şişirdilmiş rəqəmlər özlərinə aiddir. Bizə nə qədər deyilirdisə, o qədər göndərirdik".

"Optik Rabitə Tikinti" MMC-nin təsərrüfat şöbəsinin rəisi İlyas Tağıyev pulların şirkətin hesabına köçürülməsi və çıxarılaraq nəyə xərclənməsi barədə danışıb.

Prosesdə fasilə elan olunub.

Qeyd edək ki, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun RYTN-dəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin sabiq Aparat rəhbəri V.Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN-də həyata keçirilmiş yoxlamalar nəticəsində “Aztelekom” MMC-nin sabiq baş direktoru M.Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri B.Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi A.Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru C.Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Q.Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi S.Hümbətov, "Rabitə Mülki Tikinti" MMC-nin direktoru E.Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru B.Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi N.Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi O.Rüstəmov da saxlanılıblar. Məhkəmə onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.

RYTN-in mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən 11 keçmiş əməkdaşı ümumilikdə 40 milyon manat pulu mənimsəməkdə ittiham olunurlar. İittiham aktına əsasən, A.Mustafayev 567 min, E.Məmmədov 7 milyon 700 min, O.Rüstəmov 250 min, S.Hümbətov 600 min, Q.Bəybalayev 2 milyon, C.Cəfərov 1,5 milyon, B.Vəliyev 204 min, V.Zeynalov 8 milyon, B.Hüseynov 10 milyon və N.Məmmədov isə 4 milyon manat mənimsəməkdə təqsirli bilinirlər.

V.Zeynalov, B.Hüseynov, A.Mustafayev, E.Məmmədov, M.Məmmədov, O.Rüstəmov, N.Məmmədov, S.Hümbətov, Q.Bəybalayev Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), C.Cəfərov 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və B.Vəliyev isə 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. “Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda iş üzrə şahidlər dindirilib. Adil Qasımov ifadə verərək təqsirləndirilən şəxslərdən heç kimi tanımadığını deyib: "Yeni Həyat" MMC-nin direktoru olmuşam. İstintaqa verdiyim ifadəni təsdiq edirəm. Tikinti üçün 80 min manat ayrılmışdı, 40%-ni Aztelekomun işçisi Həsənalı vasitəsilə onların rəhbərliyinə qaytarırdım. Konkret olaraq pulun kimə verildiyini bilmirəm. Biz heç nə qazanmırdıq, hamballıq edirdik". Təqsirləndirilən Oqtay Rüstəmov deyib ki, A.Qasımov bütün işləri Vidadi Zeynalovla həll edib. A.Qasımovun istintaqa ifadəsi elan olunub, orada Oqtay Rüstəmovu tanıdığını, geri qaytardığı məbləği ona çatdırıldığını deyib. A.Qasımov məhkəməyə verdiyi ifadəni təsdiq etdiyini bildirib. Poçtdaşıma mərkəzinin rəisi Fikrət Vəliyev hazırda həbsdə olan vəzifəli şəxsləri işgüzar münasibətdə tanıdığını deyib. BTRİB-in baş direktor müavini Əhməd Mehdiyev deyib ki, Avropa Oyunları ilə bağlı kabelləşmənin 200 km məsafəsini qovşaqlar, qalan hissəsini isə özəl şirkətlər çəkib: "Müqavilə özəl şirkətlərlə bağlanmışdı, amma onlar çatdıra bilmirdi deyə qovşaqlara tapşırmışdıq. Şirkətlər Bayram müəllimin idi. Bizə siyahı verilirdi, onlarla işləməli olduğumuz tapşırılırdı". Beytulla Hüseynov bildirib ki, Avropa Oyunları ilə bağlı işlərin görülməsi üçün 10 milyon manat vəsait müəyyən olunub: "Əvvəl 5 milyon köçürdülər, materialları aldıq. Sonra Maliyyə Nazirliyinə müraciət etdik, əlavə pul ayırmadılar, qalanını öz cibimizdən ödədik". "Optik Rabitə Tikinti" MMC-nin mühəndisi Ələddin Quliyev rayonlarda kabel çəkilişləri ilə məşğul olduqlarını deyib. Təqsirləndirilən Namazalı Məmmədovun bacısı oğlu Rəşad Məmmədov istintaqa ifadəsini təsdiq etdiyini, "Optik Tikinti Montaj" MMC-nin rəhbəri olduğunu deyib. "Qafqaz-S İnşaat" MMC-nin rəhbəri Qorxmaz Həziyev deyib ki, rayonlarda tikinti işləri ilə məşğul olublar: "Şirkətin gördüyü işlərin ümumi həcmi təxminən 20 milyon manat olub. Onun nə qədəri gəlir olub bilmirəm". V.Zeynalovun vəkili Ceyhun Yusifovun suallarını cavablandıran Q.Həziyev Elçin İbrahimovla dost olduğunu deyib: "Hamı bilir ki, Elçin rabitə naziri Əli Abbasovun qaynıdır. Elçinə usta, texnika lazım olanda mənə deyirdi, göndərirdim. Onun şirkətə heç bir aidiyyatı yox idi". C.Yusifov ayrılan pulların əksəriyyətinin həmin şirkətə ödənildiyini deyib. Vidadi Zeynalov "Qafqaz-S İnşaat" MMC-yə pulların göndərilməsinə nazirin göstərişi ilə özünün nəzarət etdiyini deyib: "Şişirdilmiş rəqəmlər özlərinə aiddir. Bizə nə qədər deyilirdisə,o qədər göndərirdik". "Optik Rabitə Tikinti" MMC-nin təsərrüfat şöbəsinin rəisi İlyas Tağıyev pulların şirkətin hesabına köçürülməsi və çıxarılaraq nəyə xərclənməsi barədə danışıb. Prosesdə fasilə elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti