...

Ötən gecə 3 ev yanıb

Hadisə Materials 3 Fevral 2017 09:34 (UTC +04:00)
Ötən gecə 3 evdə yanğın hadisəsi baş verib.
Ötən gecə 3 ev yanıb

Bakı. Trend:

Ötən gecə 3 evdə yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, İmişli rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan birmərtəbəli 2 otaqlı evin çardağının yanar konstruksiyaları 30 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Daha bir yanğın hadisəsi Şirvan şəhərində qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 300 m2 olan birmərtəbəli 5 otaq və aynabənddən ibarət olan evin aynabəndinin tavanı 30 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər bir yanğın isə Bakı şəhəri, Binəqədi rayonunda baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Evə bitişik olan talvar yanğından mühafizə olunub. Yanğın saat 04:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti