...

Stokholmda terror aktını törətməkdə şübhəli bilinən şəxs saxlanılıb (FOTO, VİDEO) (YENİLƏNİB-2)

Hadisə Materials 7 Aprel 2017 23:06 (UTC +04:00)
İsveçin paytaxtı Stokholmda sürücü yük maşınını kütlənin üzərinə sürüb
Stokholmda terror aktını törətməkdə şübhəli bilinən şəxs saxlanılıb (FOTO, VİDEO) (YENİLƏNİB-2)

İlk xəbər saat 17:16-da yayımlanıb

Bakı. Trend:

Stokholm polisi yük maşınını insanların üzərinə sürməkdə şübhəli bilinən şəxsi saxlayıb. Trend-in məlumatına görə, saxlanan şəxs yüngül xəsarətlər alıb.

X X X

Son məlumatlara görə, İsveçin paytaxtı Stokholmda baş vermiş insidentdə ölənlərin sayı 5 nəfərə çatıb. Trend-in məlumatına görə, hadisə ilə bağlı araşdırmalar davam edir.

X X X

İsveçin paytaxtı Stokholmda sürücü yük maşınını kütlənin üzərinə sürüb.

Trend-in məlumatına görə, sürücü maşını səkidə gəzən insanların üstünə sürüb. Hadisə nəticəsində 3 nəfər həlak olub, xəsarət alanlar var.

Yük maşını mağazalardan birinin vitrininə çırpılaraq dayanıb.

Hadisə yerində polis və təcili tibbi yardım heyəti çalışır. İnsident araşdırılır.

Xəbər lenti

Xəbər lenti