Bakı. Trend:
Bakı şəhər sakinindən 1 kiloqramdan artıq heroin götürülüb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Bəşir Məhərrəmovdan 1 kiloqram 30 qram heroin götürülüb.