Bakı. Samir Əli - Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 1 milyon 200 min manatlıq dələduzluqda təqsirləndirilən Hicran Allahverdiyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Məhkəmə H.Abdullayevanın cinayəti törədərkən anlaqsız vəziyyətdə olduğunu bildirib və onun 1 saylı Respublika Psixatriya Xəstəxanasında məcburi müalicəyə göndərilməsi barədə qərar verib.
İttihama görə, H.Allahverdiyeva 6 nəfər vətəndaşın etibarından sui-istifadə edərək, onların 1 milyon 200 min manatını dələduzluqla alıb. H.Allahverdiyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham edilir.