...

Göyçayda 3 oğurluğun üstü açılıb

Hadisə Materials 23 İyun 2017 16:40 (UTC +04:00)
Göyçayda polis 3 oğurluğun üstünü açıb.
Göyçayda 3 oğurluğun üstü açılıb

Bakı. Trend:

İyunun 21-də Göyçay rayonunda yaşayan Məzahir Həsənov Rayon Polis Şöbəsinə müraciət edərək iyunun 16-da ona məxsus avtomobillərin yuyulması məntəqəsindən oğurluq olması barədə məlumat verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə gələn əməliyyat qrupu müvafiq araşdırmalarla oradan qaynaq aparatı, müşahidə kamerasının yaddaş bazası, 1 ədəd krosna antenna aparatı və 12 manat pulun oğurlanmasını müəyyən edib.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Polis əməkdaşları əməliyyat yolu ilə oğurluğun Orxan adlı şəxs tərəfindən törədilməsi barədə məlumat əldə ediblər. Rayonun Qaraman kənd sakini, əvvəllər məhkum olunmuş Orxan Mustafayev şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Ətrafında aparılan tədbirlərlə o, oğurluğu törətdiyini etiraf edib.

İstintaq-əməliyyat tədbirləri ilə O.Mustafayevin ötən ilin noyabr və dekabr aylarında rayon ərazisindəki iki mağazadan ümumilikdə 600 manat pul və 260 manat dəyərində tütün məmulatları oğurlaması da müəyyən edilib.

Hazırda istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti