...

Şirvan Milli Parkının ərazisində yanğın olub

Hadisə Materials 1 İyul 2017 18:06 (UTC +04:00)
Bu gün saat 14:45 radələrində Şirvan Milli Parkının ərazisində yanğın hadisəsi baş verib.
Şirvan Milli Parkının ərazisində yanğın olub

Bakı. Trend:

Bu gün saat 14:45 radələrində Şirvan Milli Parkının ərazisində yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) Trend-ə verilən məlumata görə, yanğın "Salyanoyl" şirkətinin istifadəsində olan ərazidən 2 yük maşını keçdikdən sonra qeydə alındığından əraziyə alovun məhz nəqliyyat vasitələrindən düşdüyü ehtimal olunur.

Dərhal əraziyə cəlb olunmuş ETSN-nin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının birgə səyləri nəticəsində yanğın tez bir zamanda lokallaşdırılıb və 15-30 radələrində tam söndürülüb. Yanğın nəticəsində yalnız 0,7 hektar ərazidə quru ot örtüyü və kollar yanıb, heç bir ağaca ziyan dəyməyib.

Hadisənin səbəblərinin və təqsirkarların müəyyən edilməsi üçün Şirvan Milli Parkı tərəfindən qanunamüvafiq sənədləşmə işləri aparılıb və rayon polis şöbəsinə müraciət olunub. Hazırda dəymiş ziyanın müəyyən olunması istiqamətində iş aparılır.

ETSN bir daha əhalini odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti