...

Bakıda 1 gündə 3 yol qəzası - 2 nəfər həyatını itirib

Hadisə Materials 4 Oktyabr 2017 12:43 (UTC +04:00)
Hava şəraiti ilə əlaqədar oktyabrın 3-də Bakıda 3 yol nəqliyyat hadisəsi baş verib.
Bakıda 1 gündə 3 yol qəzası - 2 nəfər həyatını itirib

Bakı. Samir Əli - Trend:

Hava şəraiti ilə əlaqədar oktyabrın 3-də Bakıda 3 yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis-polkovniki Vaqif Əsədov məlumat verib.

Bölmə rəisi bildirib ki, yol qəzalarından birində 1 piyada vurulub: "Sürücü piyadanı vurub hadisə yerindən qaçsa da, o, paytaxtın Nərimanov rayonu ərazisində saxlanılıb. Ümumilikdə, baş verən 3 yol qəzasında 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti