...

Qohumunun evindən qızıl oğurlayanlar tutulub (FOTO)

Hadisə Materials 27 Oktyabr 2017 12:12 (UTC +04:00)
Evdən oğurluq edən qohumlar saxlanılıb.
Qohumunun evindən qızıl oğurlayanlar tutulub (FOTO)

Bakı. Trend:

Neftçala rayonunun Qaraqaşlı kənd sakini oktyabrın 25-də Rayon Polis Şöbəsinə müraciət edərək, bir gün əvvəl evindən 5000 manat dəyərində qızıl-zinət əşyalarının və 80 manat pulunun oğurlandığını bildirib.

DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəlilər müəyyən edilib, rayon sakinləri Murad Eyvazov və əmisi oğlu Camal saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Qohumlar cinayəti sahibinin evdə olmadığından istifadə edərək birgə törətdiklərini, evdən 13 adda qızıl-zinət əşyaları oğurladıqlarını etiraf ediblər.

Ətraflarında aparılan tədbirlərlə onların oğurladıqları qızılları Qaraqaşlı kəndində yol kənarında basdırdıqları müəyyən edilib və həmin zinət əşyaları maddi sübut kimi götürülüb.

Faktla bağlı Neftçala RPŞ-də cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti