...

Rusiyada məhbusları aparan vaqon alışıb

Hadisə Materials 10 Noyabr 2017 09:37 (UTC +04:00)
Rusiyada yanan otluq sahədən keçərkən məhbusları aparan vaqon alışıb.
Rusiyada məhbusları aparan vaqon alışıb

Bakı. Trend:

Rusiyada yanan otluq sahədən keçərkən məhbusları aparan vaqon alışıb. Trend-in məlumatına görə, bu barədə Rusiyanın regional idarəsi məlumat yayıb.

Məlumata görə, Valdivostok-Xabarovsk marşrutu üzrə məhbuslar daşınarkən qatar quru ot ərazisi yanan hissədən keçərkən vaqonun aşağı hissəsi alışıb, tüstülənmə olub.

Karaul rəisi dərhal nəzarəti gücləndirərək, məhbusların təxliyəsini təşkil edib.

Alovun başqa vaqonlara keçməsinin qarşısı alınıb.

Xəsarət alan olmayıb.

Xəbər lenti

Xəbər lenti