...

Bakıda çoxmərtəbəli binada yanğın olub: 2 nəfər xilas edilib, 10 nəfər təxliyə olunub

Hadisə Materials 27 Noyabr 2017 06:21 (UTC +04:00)
Bakıda yanğın qeydə alınıb
Bakıda çoxmərtəbəli binada yanğın olub: 2 nəfər xilas edilib, 10 nəfər təxliyə olunub

Bakı. Trend:

Bakıda yanğın qeydə alınıb.

Trend-in FHN-in saytına istinadən verdiyi məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində 12 ədəd elektrik sayğacı, 12 ədəd elektrik açarı və 5 p.m kabel yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənmiş 2 nəfər xilas edilib və 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yağından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti