...

Ayaqqabısında gömrükdən narkotik keçirmək istədi

Hadisə Materials 27 Noyabr 2017 15:01
Ayaqqabısında gömrükdən narkotik keçirmək istədi.
Ayaqqabısında gömrükdən narkotik keçirmək istədi

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Ayaqqabısında gömrükdən narkotik keçirmək istədi.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İrandan ölkəmizə gələn Azərbaycan vətəndaşı idarənin sərnişin şöbəsində saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama nəticəsində vətəndaşın ayaqqabısının sol tayının içərisində 1 ədəd bükümdə olmaqla, xalis çəkisi 1,653 qram təşkil edən psixotrop maddə - metamfetamin aşkar olunub.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in I Siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti