...

"Karolina" Şotlandiyanı hədəfə alıb

Hadisə Materials 6 Dekabr 2017 15:37 (UTC +04:00)
Şotlandiyanın şimal bölgələrində yaxın günlər üçün qasırğa xəbərdarlığı verilib
"Karolina" Şotlandiyanı hədəfə alıb

Bakı. Trend:

Şotlandiyanın şimal bölgələrində yaxın günlər üçün qasırğa xəbərdarlığı verilib.

Trend-in məlumatına görə, Böyük Britaniya hidrometeorologiya bürosu adaya "Karolina" qasırğasnın yaxınlaşdığını bildirib.

Qasırğanın tüğyan edəcəyi yerlərdə küləyin sürətinin saatda 100 kilometrdən çox olacağı proqnozlaşdırılıb.

Bəzi bölgələrdə 5 santimetrədək qar yağacağı gözlənilir.

Qeyd olunur ki , qasırğa həftə sonunadək davam edə bilər.

Xəbər lenti

Xəbər lenti