...

Avstriyada qorxulu anlar - Turşu sızması baş verib

Hadisə Materials 13 Dekabr 2017 14:16 (UTC +04:00)
Avstriyanın Aşax şəhərində nişasta istehsalı müəssisəsində turşu sızması baş verib
Avstriyada qorxulu anlar - Turşu sızması baş verib

Bakı. Trend:

Avstriyanın Aşax şəhərində nişasta istehsalı müəssisəsində turşu sızması baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 10-a yaxın şəxs xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, ümumilikdə 40-a yaxın şəxsin özünü pis hiss etdiyini bildirib.

Müəssisə təxliyə olunub.

Ətraf mühitə ziyan vurulmadığı məlumat verilib.

Hazırda hadisə yerində yanğınsöndürənlər fəaliyyət göstəririr.

Xəbər lenti

Xəbər lenti