...

Kürdə batan şəxsin meyiti tapılıb (YENİLƏNİB)

Hadisə Materials 5 Yanvar 2018 14:30 (UTC +04:00)
Kürdə batan şəxsin meyiti tapılıb.
Kürdə batan şəxsin meyiti tapılıb (YENİLƏNİB)

Təfərrüatlar əlavə olunub (İlk xəbər saat 11:09-da yayımlanıb)

Bakı. Trend:

Kürdə batan şəxsin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 4 yanvar 2018-ci il tarixində 1996-cı il təvəllüdlü Abbasov Araz Rafiq oğlu Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batıb. Yanvarın 5-də A.Abbasovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən batdığı yerdən 200 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

x x x

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfərin Kür çayında batdığı ehtimal olunur.

FHN-dən Trend-ə verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq axtarışlara başlayıblar.

Əlavə məlumat veriləcək.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti