...

Beyləqan sakinini qətlə yetirən şəxs tutulub

Hadisə Materials 12 Yanvar 2018 13:31 (UTC +04:00)
Beyləqan sakinini qətlə yetirən şəxs tutulub.
Beyləqan sakinini qətlə yetirən şəxs tutulub

Bakı. Trend:

Beyləqan sakinini qətlə yetirən şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 11-də Beyləqan rayon sakini Əli Bayramovun güllə yarası alması barədə DİN-in “102” Zəng Xidməti Mərkəzinə məlumat daxil olub.

Dərhal Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlərə başlanılıb.

Ə.Bayramov xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Araşdırmalarla müəyyən edilib ki, Ə.Bayramovun Dünyamalılar kəndində həmkəndlisi Muxtar Mustafayevlə aralarında münaqişə baş verib və bu zaman M.Mustafayev Ə.Bayramov istiqamətində ov tüfəngindən atəş açmaqla onu yaralayıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Mustafayev saxlanılaraq istintaqa təhvil verilib. Ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng də götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti