...

Təyyarə avtomobil yoluna düşdü

Hadisə Materials 29 Yanvar 2018 10:15 (UTC +04:00)
"Beechcraft G33" təyyarəsi ABŞ-ın Los Anceles şəhərinin yaxınlığındakı avtomobil yoluna məcburi eniş edib.
Təyyarə avtomobil yoluna düşdü

Bakı. Trend:

Bir mühərrikli "Beechcraft G33" təyyarəsi ABŞ-ın Los Anceles şəhərinin yaxınlığındakı avtomobil yoluna məcburi eniş edib.

Trend-in məlumatına görə, hadisə bazar günü axşam saatlarında baş verib.

Enişdən əvvəl pilot mühərrikdə problemin olduğunu bildirib.

İnsident nəticəsində xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti