...

Bakıda intihara cəhdin qarşısı alınıb

Hadisə Materials 30 Yanvar 2018 22:49 (UTC +04:00)
Paytaxtda intihara cəhdin qarşısı alınıb
Bakıda intihara cəhdin qarşısı alınıb

Bakı. Trend:

Paytaxtda intihara cəhdin qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər tikilməkdə olan çoxmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılmış psixoloji söhbətlər nəticəsində o, intihar etmək fikrindən daşınıb.

Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti