...

İsmayıllıda evdə yanğın: 2 uşaq xəstəxanalıq oldu

Hadisə Materials 20 Fevral 2018 12:43 (UTC +04:00)
İsmayıllı rayonunda iki azyaşlı evdə yanıb.
İsmayıllıda evdə yanğın: 2 uşaq xəstəxanalıq oldu

Bakı. Trend:

İsmayıllı rayonunda iki azyaşlı evdə yanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, fevralın 19-da saat 2 radələrində İsmayıllı rayonunun Buynuz kəndində rayon sakini Ruslan Bəbirova məxsus evdə odun sobasına nəzarətsizlikdən yanğın baş verib. Nəticədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb.

Yanıq xəsarətləri almış R.Bəbirovun azyaşlı uşaqları - Ömər və Zeynəb xəstəxanaya yerləşdiriliblər.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti