...

Siyəzəndə "Volvo" 2 yük maşını ilə toqquşub yandı

Hadisə Materials 23 Fevral 2018 10:16 (UTC +04:00)
Siyəzəndə yol-nəqliyyat hadisəsi baş verib.
Siyəzəndə "Volvo" 2 yük maşını ilə toqquşub yandı

Bakı. Trend:

Siyəzəndə yol-nəqliyyat hadisəsi baş verib. Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, rayonun Zarat kəndində "Volvo" və "Mercedes" markalı iki yük avtomobili toqquşub. Nəticədə yanğın baş verib.

Yanğın nəticəsində “Volvo” markalı yük avtomobilinin kabinası, qoşqusunun bir hissəsi və qabaq təkərləri yanıb. Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

Xəbər lenti

Xəbər lenti