...

Ağdaşda ev oğrusu tiryəklə tutuldu

Hadisə Materials 14 Mart 2018 13:19 (UTC +04:00)
Ağdaş rayonu ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən S.Nəbiyev saxlanılıb.
Ağdaşda ev oğrusu tiryəklə tutuldu

Bakı. Trend:

Ağdaş rayonu ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən S.Nəbiyev saxlanılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 29-da rayon ərazisindəki evlərin birindən televizor, soyuducu, paltaryuyan maşın, DVD, tozsoran, 5 çılçıraq, 2 kreslo, 2 xalça, 2 peyk antenası və digər məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, quldurluq etdiyinə görə əvvəllər məhkum olunmuş Səbuhi Nəbiyev tutulub.

Üzərinə şəxsi baxış zamanı ondan 2,36 qram tiryək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti