...

Göyçay Telekommunikasiya Qovşağının rəhbər işçilərinin məhkəməsi başladı

Hadisə Materials 27 Mart 2018 13:12 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Göyçay Telekommunikasiya Qovşağının sabiq müdiri İslam Əliyev və baş mühasibi Soltanəli Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və zərərçəkmiş tərəfin nümayəndəsi 97 min manatlıq mülki iddia qaldırıb.

Məhkəmə baxışı aprelin 5-nə təyin edilib.

İttihama görə, təqsirləndirilən şəxslər 3 milyon 245 min 598 manat məbləğində vəsaiti mənimsəməkdə günahlandırılır.

Təqsirləndirilən şəxslər barədə həbs olmayan qəti imkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti