...

Eşşəkarıları təyyarədə sərnişinlərə hücum etdi

Hadisə Materials 18 Aprel 2018 15:24 (UTC +04:00)
Vnukovo hava limanında “Rossiya” aviaşirkətinə məxsus təyyarənin sərnişinləri təxliyə olunub.
Eşşəkarıları təyyarədə sərnişinlərə hücum etdi

Bakı. Trend:

Rusiyada maraqlı insident yaşanıb, belə ki, Vnukovo hava limanında “Rossiya” aviaşirkətinə məxsus təyyarənin sərnişinləri təxliyə olunub.

Trend-in məlumatına görə, buna təyyarənin göyərtəsində eşşəkarılarının daşındığı konteynerin qapısının açılması səbəb olub.

Nəticədə 10-a yaxın eşşəkarısı konteynerdən çıxıb.

Bildirilir ki, bu həşəratlar insan həyatına təhlükə törətməsə də, sərnişinlər təxliyə olunub və ehtiyat təyyarə ilə yola salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti