Bakı. Trend:
Mayın 1-də Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə ərizə ilə müraciət edən Bakı şəhər sakini M.Şirinova bir gün əvvəl mənzilindən 12 min manat pulunun və qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
DİN-dən Trend-ə verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri ilə oğurluğun ev sahibinin qızı tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o, polis əməkdaşları tərəfindən saxlanılıb.
İ.Hüseynova izahatında törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı araşdırma aparılır.