...

Sumqayıtda göyərçinlər oğurlanıb

Hadisə Materials 9 İyun 2018 14:23 (UTC +04:00)
Sumqayıtda ayrı-ayrı şəxslərə məxsus 2 yardımçı təsərrüfatdan ümumilikdə 70-dən artıq göyərçin oğurlanıb.
Sumqayıtda göyərçinlər oğurlanıb

Bakı. Trend:

Sumqayıtda ayrı-ayrı şəxslərə məxsus 2 yardımçı təsərrüfatdan ümumilikdə 70-dən artıq göyərçin oğurlanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq hadisələrində şübhəli bilinən Sumqayıt şəhər sakini Orxan Ələkbərov saxlanılıb

O.Ələkbərov bu il aprelin 8-dən mayın 3-dək olan müddətdə şəhər ərazisində ayrı-ayrı şəxslərə məxsus 2 yardımçı təsərrüfatdan ümumilikdə 74 göyərçin, torpaq sahəsindən qapı çərçivəsi, 7 metr elektrik naqili, inşaat materialları və məişət əşyaları, velosiped, stomatoloji klinikanın qarşısından 2 ədəd palma ağacı oğurlamaqda şübhəli bilinir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti