...

"Taliban"dan daha bir HÜCUM - 4 hərbçi öldürüldü

Hadisə Materials 14 İyun 2018 16:48 (UTC +04:00)
Əfqanıstanın şimalındakı Sari-Pul əyalətində “Taliban” silahlıları nəzarət-buraxılış məntəqəsinə hücum edib
"Taliban"dan daha bir HÜCUM - 4 hərbçi öldürüldü

Bakı. Trend:

Əfqanıstanın şimalında "Taliban" radikal hərəkatı yenidən fəallaşıb. Trend-in məlumatına görə, Sari-Pul əyalətində radikal silahlılar nəzarət-buraxılış məntəqəsinə hücum ediblər.

Məlumata görə, hücum nəticəsində 4 hərbçi həlak olub, 3 nəfər isə yaralanıb.

Qeyd olunur ki, tərəflər arasında atışma beş saata yaxın davam edib.

Təhlükəsizlik qüvvələri tərəfindən isə 7 silahlı məhv edilib, 9 nəfər yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti