...

İsmayıllıda ağır qəza - Ölənlər və xəsarət alanlar var

Hadisə Materials 15 İyun 2018 14:10 (UTC +04:00)
İsmayıllı rayonunun Eyyubbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
İsmayıllıda ağır qəza - Ölənlər və xəsarət alanlar var

Bakı. Trend:

İsmayıllı rayonunun Eyyubbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, iyunun 14-də saat 22 radələrində Göyçay rayon sakini Çingiz Eminov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun hərəkət hissəsində olan 2 baş inəyi vurub və yolun kənarındakı maneəyə dəyərək aşıb.

Nəticədə sürücü və sərnişinlərindən həmyerlisi Bəyim Abışova və Bakı şəhər sakini Sona Məmmədi hadisə yerində ölüb, digər 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti