...

Yevlaxda bir tona yaxın çətənə kolları aşkarlanıb

Hadisə Materials 21 İyun 2018 11:35 (UTC +04:00)
Daxili işlər orqanları tərəfindən külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb.
Yevlaxda bir tona yaxın çətənə kolları aşkarlanıb

Bakı. Trend:

Daxili işlər orqanları tərəfindən külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Xəqani Qasımovdan 475 qram marixuana aşkar edilərək götürülüb.

Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Xanlıqlar kənd sakini Nəsimi Eyvazovdan şəxsi axtarış zamanı 6 qramdan artıq marixuana aşkar edilib. Polis əməkdaşları tərəfindən onun narkotiki əldə etdiyi mənbə də müəyyənləşdirilib. Əməliyyat tədbirləri ilə narkotik vasitəni N.Eyvazova satmaqda şübhəli bilinən Kosalar kənd sakini Cabir Əliyev də saxlanılıb. Onun yaşadığı evdən 465 qram marixuana aşkar edilərək götürülüb.

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Qaramanlı kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 1 tona yaxın olan 1947 ədəd çətənə kolları aşkar edilərək məhv edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti