...

Samux rayonunda bataqlıq ərazisində yanğın baş verib

Hadisə Materials 8 İyul 2018 11:06 (UTC +04:00)
Samux rayonunda bataqlıq ərazisində yanğın baş verib.
Samux rayonunda bataqlıq ərazisində yanğın baş verib

Bakı. Trend:

Samux rayonunda bataqlıq ərazisində yanğın baş verib.

Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, rayonun Burunqovaq kəndi yaxınlığındakı qamışlıq olan geniş və keçilməz (bataqlıq) ərazidə yanğın baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası yanğının söndürülməsi işlərinə cəlb olunub. Bir istiqamətdə yanğının qarşısı alınıb.

Yanan sahənin bir hissəsinin bataqlıq olması səbəbindən yanğınsöndürənlərin və texnikanın əraziyə yaxınlaşması mümkün olmayıb.

Yanğının yaxınlıqdakı meşə zolağına keçmə bilməsi təhlükəsi nəzərə aınaraq Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi və "Mi-17" yanğınsöndürmə helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti