...

Sumqayıtda qadına qarşı külli miqdarda dələduzluq edən şəxsə hökm oxundu

Hadisə Materials 9 İyul 2018 11:45 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Əhməd Quliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Sumqayıtda qadına qarşı külli miqdarda dələduzluq edən şəxsə hökm oxundu

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Əhməd Quliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ə.Quliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Ə.Quliyev özünü iş adamı kimi təqdim edərək Sumqayıt sakini Məhbubə Hüseynovanın etibarından sui-istifadə edib, onun 303 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Zərərçəkənin şikayəti əsasında Ə.Quliyev saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, lakin barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti