...

FHN Qubada hoteldə baş verən qəza barədə məlumat yayıb

Hadisə Materials 9 İyul 2018 16:04 (UTC +04:00)
FHN Qubada hoteldə baş verən qəza barədə məlumat yayıb
FHN Qubada hoteldə baş verən qəza barədə məlumat yayıb

Bakı. Samir Əli - Trend:

FHN Qubada hoteldə baş verən qəza barədə məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, kütləvi informasiya vasitələrində Quba rayonunda "Quba Palace Hotel”də kanat yolunun qırılması nəticəsində kanatda olanların ölməsi və xəsarət alması barədə xəbərlər yayılıb.

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Rusiya Federasiyasının "SCADA” şirkəti tərəfindən kanatda aparılan təmir işləri ilə bağlı kanat yolu 20.06.2018-ci il tarixindən istifadədə olmayıb.

Hadisə yerdə, təmir işləri aparılan zaman baş verib. Nəticədə təmir işlərinə cəlb edilmiş 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Hadisə ilə bağlı aidiyyəti orqanlar tərəfindən araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti