...

Ağsu dolaylarında və Hirkan Milli Parkında yanğınlar söndürülüb

Hadisə Materials 2 Avqust 2018 12:52 (UTC +04:00)
Lənkəran rayonunun Yuxarı Nüvədi (Aleksyevka) kəndinin yaxınlığında, Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 24 saylı dolayında baş verən yanğın Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları və kənd əhalisi tərəfindən qısa müddət ərzində söndürülüb.
Ağsu dolaylarında və Hirkan Milli Parkında yanğınlar söndürülüb

Bakı. Trend:

Lənkəran rayonunun Yuxarı Nüvədi (Aleksyevka) kəndinin yaxınlığında, Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 24 saylı dolayında baş verən yanğın Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları və kənd əhalisi tərəfindən qısa müddət ərzində söndürülüb.

Bu barədə Trend-ə ETSN-dən məlumat verilib.

Avqustun 1-də saat 22:00-da başlayan yanğın 0,01 hektara yaxın ərazini əhatə edib və nəticədə quru xəzəl, qurumuş və yıxılmış ağaclar yanıb.

Eyni zamanda avqustun 2-də saat 3 radələrində Ağsu meşəbəyliyinin 8 saylı dolayında baş verən yanğın da Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları tərəfindən qısa müddət ərzində söndürülüb.

Yanğın nəticəsində 0,4 hektar ərazidə quru ot örtüyü yanıb.

Yanğınların hansı səbəbdən baş verməsi və dəymiş ziyanın həcminin müəyyən olunması istiqamətində araşdırma aparılır.

Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN əhalini təbiət qoynunda olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti