...

Bakıda evdən 30 min manatdan çox pul oğurlayan xadimə tutulub

Hadisə Materials 21 Avqust 2018 16:00 (UTC +04:00)
Bakıda evdən 30 min manatdan çox pul oğurlayan xadimə tutulub.
Bakıda evdən 30 min manatdan çox pul oğurlayan xadimə tutulub

Bakı. Trend:

Bakıda evdən 30 min manatdan çox pul oğurlayan xadimə tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi 21-ci Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il fevralın 5-dən avqustun 16-dək olan müddətdə rayon ərazisindəki evlərin birindən 5000 manat və 15600 ABŞ dolları, habelə 3400 manat dəyərində qızıl üzük oğurlamaqda şübhəli bilinən Lənkəran şəhər sakini Günel Piriyeva saxlanılıb.

G.Piriyeva həmin evdə xadimə işləyirmiş.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti