...

Kürdə batdığı ehtimal olunan şəxs axtarılır

Hadisə Materials 22 Avqust 2018 18:20 (UTC +04:00)
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Kürdə batdığı ehtimal olunan şəxs axtarılır

Bakı. Trend:

Kürdə batdığı ehtimal olunan şəxs axtarılır.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batdığı ehtimal olunur.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti