Bakı. Tural Turan - Trend:
ABŞ-ın Kaliforniya ştatındakı Kolorado çayında iki xüsusi qayığın toqquşması zamanı itkin düşənlərin sayı 4 nəfərə çatıb.
Trend-in məlumatına görə, hadisə zamanı iki qayıqda 16 nəfər olub. Toqquşmadan sonra onlardan 10-u xəstəxanaya çatdırılıb. Sərnişinlərdən birinin vəziyyəti kritik qiymətləndirilib.
Daha əvvəl 1 nəfərin itkin düşdüyü, 13 yaralının olduğu bildirilirdi.