...

Hindistanda körpü uçuldu - 5 ölü

Hadisə Materials 4 Sentyabr 2018 16:42 (UTC +04:00)
Hindistanın Kəlküttə şəhərində körpü uçulub.
Hindistanda körpü uçuldu - 5 ölü

Bakı. Trend:

Hindistanın Kəlküttə şəhərində körpü uçulub.

Trend-in məlumatına görə, yerli vaxtla saat 16.45-də körpünün dağılması nəticəsində ilkin olaraq 5 nəfərin ölməsi barədə bildirilib.

Dağıntılar altında ölənlərin, eləcə də hələ sağ qalanların olması ehtimal edilir. Bu səbədən ölü sayının artması istisna edilmir.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti