...

3 ay əvvəl itkin düşən Səbail sakini axtarılır (FOTO)

Hadisə Materials 2 Oktyabr 2018 17:05 (UTC +04:00)
1986-cı il təvəllüdlü Vüsal Osmanov bu il iyulun 8-də Səbail rayonunda yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
3 ay əvvəl itkin düşən Səbail sakini axtarılır (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Vüsal Osmanov bu il iyulun 8-də Səbail rayonunda yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, onun xarakterik əlamətləri belədir: Boyu 171 sm., arıq bədən quruluşludur, ağ bənizli, qara saçlı, gözlərinin rəngi şabalıdıdır. Xüsusi nişanəsi yoxdur, belində qara xalı var.

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Səbail Rayon Polis İdarəsinə (012) 437-02-02 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti