...

Xaçmazda heroin alan və satan şəxs yaxalandı

Hadisə Materials 30 Oktyabr 2018 20:02 (UTC +04:00)
Xaşmaz rayonunda küçədə heroin alveri ilə məşğul olan şəxslər tutulub
Xaçmazda heroin alan və satan şəxs yaxalandı

Bakı. Samir Əli - Trend:

Xaçmaz rayonunda küçədə heroin alveri ilə məşğul olan şəxslər tutulub.

Trend-in məlumatına görə, hadisə rayonun Heydər Əliyev küçəsində baş verib.

Rayonun Xudat şəhəri, H.Əliyev küçəsi, ev 26-da yaşayan, Rusiya Federasiyası vətəndaşı Balasoltanov Elçin Abdulağa oğlu həmin küçədəki "Kaspi Palace" şadlıq evinin qarşısında narkotik maddə qəbul etdiyi və üzərində gəzdirdiyi üçün saxlanılaraq Xaçmaz rayon Polis Şöbəsinə gətirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində H.Əliyev küçəsi, 48 sayı evdə yaşayan 1969-cu il təvəllüdlü Duraxanov Nizami Əsgər oğlu evinin qarşısında E.Balasoltanova 20 manata 3 ədəd bükülmüş vəziyyətdə heroin satdığı üçün saxlanılıb.

N.Duraxanovun evinə baxış keçirilərkən oradan daha iki ədəd siqaret kağızına bükülmüş heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti