...

Paytaxtda evlərdən oğurluq edən dəstə saxlanılıb

Hadisə Materials 3 Noyabr 2018 20:23 (UTC +04:00)
Törətdikləri cinayət əməllərinin üstü açıldı.
Paytaxtda evlərdən oğurluq edən dəstə saxlanılıb

Bakı. Trend:

Paytaxtın Səbail rayonu ərazisində 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən 4 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, araşdırmalarla onların Bakı şəhər sakinləri Sudeyf Abbaszadə, Elfan Tağızadə, bir yeniyetmə və Qazax rayon sakini C.Namazova olduqları müəyyən edilib.

Polis əməkdaşları tərəfindən onların törətdikləri cinayət əməllərinin üstü açılıb.

Belə ki, yeniyetmənin həmin şəxslərlə birgə oktyabrın 10-da və 17-də Nərimanov rayonu ərazisində 2 evdən, oktyabrın 29-da isə Nəsimi rayonu ərazisində 1 evdən suvenirlər, pul və qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti