Bakı. Trend:
Hövsan yaxınlığında dənizdə köməksiz qalan şəxlər xilas edilib.
Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhərinin Suraxanı rayonunun Hövsan kəndi yaxınlığında dənizdə (təxminən 20 km dənizin içinə doğru) taxta qayıqda köməksiz vəziyyətdə qalmış 2 nəfər Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən həyata keçirilən birgə tədbirlər nəticəsində xilas olunub.
Xilas olunan şəxslər gəmi ilə sahilə gətirilib.
x x x
Xəzər dənizində 2 nəfər qayıqda köməksiz qalıb.
Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Suraxanı rayonunun Hövsan kəndi yaxınlığında dənizdə (təxminən 20 km dənizin içinə doğru) 2 nəfərin taxta qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən dərhal Nazirliyin aidiyyəti strukturları və digər dövlət qurumları məlumatlandırılıb. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan əraziyə cəlb olunub.
Dövlət Dəniz Administrasiyasından verilən məlumata əsasən, "Zəfər" gəmisi də qayığın olduğu əraziyə cəlb olunub. Əlavə məlumat veriləcək.