...

Qubada 19 yaşlı gənc itkin düşüb - FOTO

Hadisə Materials 11 Dekabr 2018 10:22 (UTC +04:00)
Qubada 19 yaşlı gənc itkin düşüb
Qubada 19 yaşlı gənc itkin düşüb - FOTO

Bakı. Samir Əli - Trend:

Qubada 19 yaşlı gənc itkin düşüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Quba rayonunun Aşağı Atuc kənd sakini, 19 yaşlı Elmar Məmmədov dekabrın 7-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Elmar Məmmədovun əlamətləri belədir: boyu 180-185 sm., orta bədən quruluşlu, ağbəniz və uzunsov sifətli, saçlarının rəngi şabalıdı, sol qolunun bilək nayihəsində əməliyyat izləri var. Evdən çıxan zaman onun əynində qara rəngli qış gödəkcəsi və qara rəngli qış ayaqqabıları olub.

Şəkildə gördüyünüz gənci tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Quba rayon Polis şöbəsinə 02333-5-35-11, 02333-5-43-02 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti