Bakı. Trend:
Bakıda piyada yol qəzasının qurbanı olub.
DİN-dən Trend-ə verilən məlumata görə, dekabrın 28-də saat 21 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində Bakı şəhər sakini Orxan Vəliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Cəlilabad rayon sakini Ceyhun Abbasovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.