...

Bakıda 5 dəfə məhkum olunan şəxsdə “Makarov” markalı tapança aşkar edilib (FOTO)

Hadisə Materials 12 Fevral 2019 13:01 (UTC +04:00)
Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Bölməsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə əməliyyat həyata keçirilib.
Bakıda 5 dəfə məhkum olunan şəxsdə “Makarov” markalı tapança aşkar edilib (FOTO)

Bakı. Trend:

Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Bölməsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə əməliyyat həyata keçirilib.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində əvvəllər Cinayət Məcəlləsinin 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma), 177-ci (Oğurluq), 186-cı (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 221-ci (Xuliqanlıq) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə məhkum olunmuş Xocahəsən qəsəbə sakini Vüqar Mürsəlov polislər tərəfindən saxlanılıb.

Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd atəşə yararlı “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 6 ədəd patron aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı 40-cı Polis Bölməsində V.Mürsəlov barəsində toplanan materiallar araşdırılması üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti