...

Ötən gün 29 cinayətkar tutulub

Hadisə Materials 27 Mart 2019 12:00 (UTC +04:00)
Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.
Ötən gün 29 cinayətkar tutulub

Bakı. Trend:

Azərbaycanın daxili işlər orqanları tərəfindən martın 26-da törədilmiş 19 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti