...

Yataqxanadakı yanğında zəhərlənən 1 nəfər xəstəxanaya yerləşdirildi

Hadisə Materials 10 Aprel 2019 13:08 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakının Babək prospektində məcburi köçkünlərin yataqxanasında baş verən yanğınla bağlı bir nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, 34 yaşlı kişi yanğın zamanı tüstüdən zəhərlənib: "Daha bir nəfər tüstüdən zəhərlənən sakinə isə yerində tibbi yardım göstərilib".

Xatırladaq ki, baş verən yanğın nəticəsində 7 nəfərə yerində tibbi yardım göstərilib, 1 nəfər isə özünü binadan atıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti